Goranboyda quldur dəstə saxlanılıb.
Rayon sakini, 64 yaşlı Mina Məhərrəmovanın yaşadığı Bağçakürd kəndindəki evə qarət məqsədilə iki maskalı şəxs daxil olub. Kəpəz TV (Region TV) xəbər verir ki, onlar qadının və 12 yaşlı nəvəsi Nilufərin üzünə qaz balonu püskürdüblər. Sonra isə bıçaqla hədələyərək 160 manat pul və 1500 manat dəyərində qızıl əşyalar aparıblar. Goranboy RYPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib və quldurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı, 29 yaşlı Mahmud Xanov və Gəncə sakini, 30 yaşlı Ayaz İsgəndərov tutulublar. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az