"Report" xəbər verir ki, tamaşa Milli Teatr Bayramı ərəfəsində Yeseninin 120 illiyi münasibətilə oynanılacaq.
Martın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqının zalında nümayiş etdiriləcək "Yesenin" tamaşasının ssenari müəllifi və rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.
Baş rolları Allan Suleykin və Leyla Yusubova ifa edəcək.
Tamaşa saat 15.00-da başlanır.