A+
A–

Bakı, 11 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə müasir istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış "yaşıl market"in və 3 ulduz otel, cins heyvandarlıq müəssisələrinin yaradılması məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

AZERTAG.AZ :Bərdədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır