A–
Beyləqan, 11 mart, AZƏRTAC
Beyləqanda “Taxıl əkinlərinə yaz qulluq işlərinin vaxtında aparılması məhsuldarlığı şərtləndirən başlıca amillərdəndir” mövzusunda elmi-praktik seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Beyləqan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən seminarda taxılçılıqla məşğul olan fermer və sahibkar iştirak ediblər.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev çıxış edərək, kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə ətraflı məlumat verib.
Sonra “İnformasiya-məsləhət xidmətinin aqrar sahədə rolu”, “Taxıl əkinlərində aqrotexniki qulluq işlərinin təşkili”, “Yeni taxıl sortlarının potensial məhsuldarlığı və ona təsir edən amillər”, “Taxıl əkinlərində alaqlara və zərərvericilərə qarşı mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti” mövzularında çıxışlar olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarda iştirakçılara taxıl əkinlərində yaz qulluq işlərinin vaxtında aparılması barədə praktiki məlumatlar verilib.
AZERTAG.AZ :Taxıl əkinlərinə yaz qulluq işlərinin vaxtında aparılması məhsuldarlığı şərtləndirən başlıca amillərdəndir

