Bakı. Trend:
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulublar.
59 kq
1/16 final - Taleh Məmmədov - Virgil Munteanu (Rumıniya) 6:2
1/8 final - Taleh Məmmədov - Soslan Daurov (Belarus) 5:0 (tuşe)
1/4 final - Dmitro Tsimbalyuk (Ukrayna) - Taleh Məmmədov 2*:2
66 kq
1/8 final - Kamran Məmmədov - Karl Anders Poul Ekstroem (Danimarka) 8:0
1/4 final - Kamran Məmmədov - Davor Stefanek (SRB) 0:9
Təsəlliverici görüş - Kriştian Yaqer (Macarıstan) - Kamran Məmmədov 1:3
Bürünc medal görüşü - Kamran Məmmədov - Edqaras Vençkaitis (Litva)
98 kq
1/8 final - Aleksandrs Safonovs (Latviya) - Orxan Nuriyev 0:7
1/4 final - Peter Oehler (Almaniya) - Orxan Nuriyev 2:3
1/2 final - Orxan Nuriyev - Nikita Melnikov (Rusiya) 1:4
Bürünc medal görüşü - Aleksandr Hrabovik (Belarus) - Orxan Nuriyev
130 kq
1/16 final - Oleksandr Çernetskiy (Ukrayna) - Sabah Şəriəti 4:0
Təsəlliverici görüş - Sabah Şəriəti - Lukaş Banak (Polşa) 9:0
Təsəlliverici görüş - Sabah Şəriəti - Eduard Popp (Almaniya) 1:3
Final görüşləri saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: news@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az