Türkiyəli psixoloq Mustafa Varol Yorulmaz ürək sağlamlığını qorumaq istəyənlərə "aşiq olun" məsləhətini verib.
Milli.Az lent.az-a istinadən psixoloqun məsləhətlərini təqdim edir.
Həkim bildirir ki, aşiq olmaq zövq və xoşbəxtlik bəxş edən endorfin hormonunun ifraz olunmasına kömək edir: "Daimi eşq həyatı insanın həyat keyfiyyətini artırır. Bütün dünyada ölüm səbəblərinin ilk sırasında ürək və damar xəstəlikləri gəlir. Ürək sağlamlığını qorumaq istəyənlər mütləq aşiq olmalıdırlar. Aşiq olmaq ürəyə yaxşı təsir edir. Çünki zövq və xoşbəxtlik verən endorfin hormonunun ifrazına kömək olur. Bunun sayəsində həm ürəyiniz, həm ruhunuz xoşhal olur".
Ürək həyat fəaliyyətlərinin ən əhəmiyyətli açarıdır. M. Yorulmaz ürəyimizə sahib çıxmadığımızı və diqqətsiz yanaşdığımızı təəssüflə qeyd edir: "Daha sağlam və daha uzun ömür yaşmaq üçün hər kəs ürəyinə diqqət göstərməlidir. Beynimizə bunu həkk etməliyik - ürəyinə sahib çıx!"
Psixoloq insanlara ürək sağlamlığını qorumaq üçün tövsiyələr də verib: "Mən artıq ürəyimə xəyanət etməyəcəyəm!" - buna qəti qərar verin. Və bu zamana qədər ürəyinizi sıxan, sizi incidən nə etdisinizsə, nə baş veribsə, hamısını geridə qoyun. Siqareti atın, artıq çəkiniz varsa, arıqlamağa çalışın, idman etməyə başlayın, təzyiq və şəkəriniz varsa, nizama salın. Sağlam və yaxşı qidalanın. Ürəyinizin sağlamlığının öhdəsindən tək gələ bilmirsinizsə və buna gücünüzün çatmayacağını düşünürsünüzsə, mütləq mütəxəssisə müraciət edin, dietoloqla əlaqə yaradın".
Həkim aktiv həyat tərzi sürməyi, daim hərəkətdə olmağı da tövsiyə edir. Enerjinizi xərcləyə biləcəyiniz bütün hərəkətləri həyatınıza daxil edin: "Piyada yeriyin, evdəki işləri belə rəqs edərək edin. Bol su içmək vacibdir. Xüsusilə ürək narahatlığı olanların bol su içmələri onların həyatını qurtaracaq. Həyata qarşı optimist davranın və aşiq olun! Aşiq olmaq ürəyə yaxşı təsir edir".
Milli.Az
Ürəyini qorumaq istəyənlərə psixoloq tövsiyəsi: aşiq olun
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Varlı insanlar bu bürclərdən çıxır
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Sevgidə bəxti gətirən 3 bürc
Bu gün
·
01:15
Türkiyə futbolçuları fitə basıldı
Bu gün
·
00:42
Çin və ABŞ arasındakı razılaşmanın detalları
Bu gün
·
00:27
Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
00:10
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir
Dünən
·
23:53
Varlı insanlar bu bürclərdən çıxır
Dünən
·
23:37
Bu şəxslər hər ay müavinət ala bilər - SİYAHI
Dünən
·
23:24
Bu ölkənin altındakı yer qabığı parçalanır
Dünən
·
23:18
Evin tək oğlu, şair ruhlu şəhid yad edildi - VİDEO
Dünən
·
23:12
İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik
Dünən
·
22:47
Yerin 1,1 kilometr altında məhsul yetişdirilir
Dünən
·
22:14
Elektrik saçan balıq: bir toxunuşu insanı iflic edir
Dünən
·
22:03
"Trabzonspor"un ulduzu əməliyyat olundu
Dünən
·
21:55
Türk bəy özündən böyük xanımla evlənmək üçün 10 milyon xərclədi - FOTO
Dünən
·
21:49
4 xarici dil bilən, iki ali təhsilli yeni icra başçısının DOSYESİ
Dünən
·
21:10