Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova məşhur Madhuri Dikşitlə görüşüb.

Axşam.az-ın məlumatına görə, təəssüratlarını bölüşən sənətçi hind aktrisasının və rəqqasəsinin ona təriflər yağdırdığını bildirib:

"Mənim canım, birdənəm, ən sevdiyim rəqqasə və aktrisa Madhuri Dikşit... Neçə illərdir ki, gözlədiyim an bu gün imiş. Məni heç vaxt görməyib, yalnız rəqslərimi izləyib qiymət verən, mənim haqqımda telekanalda danışan insan. 23 ildir ki, onun rəyini gözləmişəm və "İndian best cinesar" yarışmasında sonra məni təbrik edən və ofisinə çağıran xanım. O an onu görə bilmədim. Amma bu gün o məni görüb tanıdı, bağrına basdı və dedi: "Nəhayət ki, mən səni gördüm, Oksana. Səni çox istəyirəm". Gözlərim yaşardı, əllərim titrədi. Onu o qədər qucaqlayıb öpmüşəm ki... Çox sevinirəm. Allah hər kəsi arzusuna çatdırsın".

"Gözlərim yaşardı, əllərim titrədi" -  Oksana+foto