Bakı. Elçin Hüseynov - Trend:

Madrid “Real”ının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının 29-cu turunda "Las-Palmos" ilə matçında şəxsi antirekordunu vurub. Trend İspaniyanın AS portalına istinadən xəbər verir ki, futbolçunun ayağı bütün oyun ərzində topa 28 dəfə dəyib.

Bu nəticə K.Ronaldunun İspaniya və İngiltərə birinciliyində çıxışları zamanı ən pis ğöstəricidir. Bundan əvvəl oxşar nəticələri futbolçu yalnız oyun ərzində 1 hissədə çıxış edərkən göstərib.

İspaniya çempionatının 29 matçı ərzində portuqaliyalı K.Ronaldu 27 qol vurub və 9 nəticəli ötürmələr keçirib.

Bizi Twitter-dən izləyin: @trend_az