A+
A–

Bakı, 16 mart, AZƏRTAC
Monteneqroda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Nazim Süleymanovun yetirmələri Monteneqro yığması ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçda komandamiz 3:2 hesabı ilə qalib gəlib. Rövlan Muradovun dubl etdiyi oyunda digər qolu Murad Xaçayev vurub.
Podqoritsada təlim-məşq toplanışında olan yığmamız martın 17-də meydan sahibləri ilə ikinci yoxlama oyununu keçirəcək.
AZERTAG.AZ :Azərbaycanın 19 yaşadək futbolçuları Monteneqro yığmasına qalib gəliblər