A–
Bakı, 16 mart, Elvin Camalov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına getməyimə görə çox sevinirəm. Nəhayət Əshabi-Kəhf ziyarətgahını və Mömünə Xatun türbəsini görmək arzum reallaşır.
AZƏRTAC xəbər verir ki, bu fikri tur-aksiya çərçivəsində Naxçıvana yola düşən Xəzər rayonunun 216 nömrəli tam orta məktəbinin şagirdi Fikrət Səmədzadə deyib.
O bildirib ki, bu layihənin həyata keçirilməsi şagirdlər üçün çox gözəl fürsətdir: “Biz çox maraqlı məlumatlar əldə edəcək, dünyagörüşümüzü, biliyimizi artıracağıq. Əminəm ki, tur-aksiya bütün məktəblilər üçün faydalı olacaq”.
AZERTAG.AZ :Məktəbli Fikrət Səmədzadə: Nəhayət Əshabi-Kəhf ziyarətgahını və Mömünə Xatun türbəsini görmək arzum reallaşır