A–
Bakı, 16 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Novruz şənliyi təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi sağlamlıq imkanları məhdud olan, sosial müdafiəyə ehtiyac duyan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.
Bayram şənliyində sağlamlıq imkanları məhdud olan, eləcə də məcburi köçkün 300 yeniyetmə və gənc iştirak edib.
Kosa və Keçəlin söhbətləri, təqdim edilən maraqlı səhnəciklər, incəsənət xadimlərinin ifası iştirakçıların böyük marağına səbəb olub. Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.
AZERTAG.AZ :Sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclər üçün Novruz şənliyi təşkil edilib












