Bakı, 18 fevral, AzərTAc
Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının 5-ci turunun görüşləri keçirilib.
AzərTAc xəbər verir ki, “Baku Fires” klubu Mayami şəhərində “USA Knockouts” komandasının qonağı olub.
Komandamız qarşılaşmadan 1:4 hesabı ilə məğlub ayrılıb. “Baku Fires”in heyətində yalnız Abdulqadir Abdullayev (91 kq) qələbə qazanıb.