A–
Tokio, 18 mart, AZƏRTAC
Yapon alimlər qrupu induksiya olunmuş pluripotent gövdə hüceyrələri (iPS-hüceyrələr) texnologiyalarının tətbiqi yolu ilə ciyər xəstəliklərindən əziyyət çəkən insanlara yardım istiqamətində daha bir addım atıb. Bu sahədə çalışan mütəxəssislərin bildirdiyinə görə, qrup tərəfindən insan ciyəri kimi fəaliyyət göstərən miniatür ciyər yaradılması uğurla başa çatdırılıb.
Yokohama Bələdiyyə Universitetinin professoru Hideki Taniquçinin rəhbərlik etdiyi alimlər qrupu iPS-hüceyrələr texnologiyasının tətbiqi yolu ilə “miniatür ciyər” yaradılması istiqamətində çalışır. Bu ciyərin ölçüləri cəmi bir neçə millimetr təşkil edir.
Alimlərin bildirdiyinə görə, iPS-hüceyrələrin tətbiqi ilə alınmış qan damarları hüceyrələrindən istifadə nəticəsində miniatür ciyərin fəaliyyəti xeyli yaxşılaşıb.
Həmin alimlər qrupu 2019-cu maliyyə ilində bu istiqamətdə klinik təcrübələrə başlamaq niyyətindədirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yapon alimləri iPS-hüceyrələri texnologiyalarının tətbiqi yolu ilə miniatür ciyər yaradıblar