Yazıçı Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Yazıçı Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb
20:13 24 Mart 2016
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 24 mart, AZƏRTAC
Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın 2014-cü ildə “Platon, deyəsən, xəstələnib” (“Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyanın məşhur “Хudоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - “Qızıl Delviq”ə layiq görülüb.
Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat “Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.
“Müasir nəsr” nominasiyasında qalib olan yazıçı Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə “Qızıl Delviq” mükafatını qazandırıb.
Qeyd edək ki, bu, yazıçı Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.
AZERTAG.AZ :Yazıçı Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yazichi_Kamal_Abdulla_Qizil_Delviq_mukafatina_layiq_gorulub-937555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR