Rusiyaya 19 ton çay aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb
Paylaş
61 baxış·1 dəq oxu
Bakı. 25 mart. REPORT.AZ/ Rusiyanın Həştərxan vilayəti ilə Qazaxıstan sərhədində saxta sənədlərlə 19 ton çay aşkar olunub. "Report" xəbər verir ki, DAF markalı yük maşınının sürücüsü Azərbaycan vətəndaşı olub. Maşın "Karauzek" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Lazımi sənədlər yoxlanıldıqdan sonra 19 ton çay Qazaxıstan ərazisinə qaytarılıb.