A+
A–

İstanbul, 25 mart, AZƏRTAC
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda hərbi hissəyə qarşı törədilən terror aktı nəticəsində 3 əsgər şəhid olub, 22 hərbçi yaralanıb.
Rəsmi məlumata görə, terror PKK tərəfindən bomba yüklü maşının hərbi hissəyə çırpılması ilə törədilib. Bunun ardından PKK tərəfdarları hərbi hissəyə silahlı hücum ediblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
AZERTAG.AZ :PKK Türkiyənin Diyarbəkir bölgəsində daha bir terror aktı törədib