A–
Bakı, 27 mart, AZƏRTAC
Türkiyənin ən böyük aeroportu olan Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, aeroportun nəzarət nöqtələrindəki x-pay cihazlarının siqnal gücü artırılıb. Giriş qapılarında sərnişinlərin üstü detektorla deyil, əllə yoxlanılır. Hava limanının metro girişində isə sərnişinlərin şəxsiyyətinin araşdırılması təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.
AZERTAG.AZ :Türkiyənin Atatürk hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib