Rusiyalı müğənni Valeriyanın İnstaqramda paylaşdığı bikinili fotosu birmənalı qarşılanmayıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçı qara bikinidə su və qürubun fonunda foto çəkdirib. Üç uşaq anası, 47 yaşlı Valeriya "MAXIM" jurnalı üçün fotokamera qarşısına keçdiyini bildirib:

"...Qürub, romantika... Bu həyatda bir dəfə olur. Bura getmək istəsəm də, vaxtım yoxdur... Amma artıq öz okeanım var".

İzləyicilərin bəzisi fotonu tərifləsə də, tənqid edənlər də olub. Onlar "foto-oboyun qarşısında, fotoşopla düzəldilmiş..." yazıblar. Bəziləri isə "gözəl qadınsan, amma bikinili fotoya ehtiyac yox idi" tərzində şərh bildiriblər.

47 yaşlı müğənninin bikinili fotosu bəyənilmədi