A–
Bakı, 28 mart, AZƏRTAC
Bu ilin mayında Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı səkkizə çatıb.
AZƏRTAC xəbər verir ki, elit-raundun ikinci qrupunda mübarizə başa çatmasa da, Ukrayna və İngiltərə milliləri artıq növbəti mərhələyə vəsiqəni təmin ediblər. Hər iki yığma komanda bu qrupda mübarizə aparan Türkiyə və Finlandiya millilərinə qalib gəlməklə həlledici mərhələdə oynamaq hüququ qazanıblar. Sonuncu turun oyunlarının nəticəsindən asılı olmayaraq İngiltərə və Ukrayna mayın 5-də Bakıda start götürəcək final mərhələsində çıxış edəcək. Türkiyə yığması isə qrupun autsayderi olduğu üçün Bakıya gələ bilməyəcək.
Beləliklə, Avropa çempionatının 16 iştirakçısından 8-i – İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina final mərhələsinə vəsiqə qazanıb. Azərbaycan ev sahibi kimi bu yarışda oynamaq hüququ əldə edib.
Avropa çempionatı mayın 5-21-də keçiriləcək.
AZERTAG.AZ :Türkiyənin U-17 millisi Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazana bilməyib