Xatırladaq ki, bazar ertəsi Kapitoliya binasında ziyarətçilər üçün mərkəzdə atışma səsləri eşidilib. Bina təhlükəsizlik səbəbiylə bağlanılıb. Atəş açan şəxs zərərsizləşdirilərək, həbs edilib. Bir polis işçisi yaralanıb, amma bu, onun həyatı üçün heç bir təhlükə yaratmır.
Hüquq-mühafizə orqanları silahlı şəxsin Tennessidən olan 66 yaşlı Larri Douson olduğunu bildirib. O, tez-tez Kapitoliyaya gələrək orada etiraz aksiyaları təşkil edirmiş.