Hindistanın paytaxtı Dehlidəki növbəti fləş-moblardan biri gözlənilməz sonucla başa çatıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Major Lazerin "On Me" mahnısının sədaları altında küçədə rəqs edən və bu minvalla fləş-moblarını gerçəkləşdirən gənclər gülürdülər. Onların aksiyası baş tutmuşdu.
Lakin bu zaman qəflətən orta yaşlı qadın gənc qıza yaxınlaşıb, onu vurmağa başlayıb.
"Nə fləşmob, köpəyin qızı, rədd ol evə!" - qadın qışqırırdı.
Sosial şəbəkələrdə bu qadın "qəzəblənmiş sürücü" kimi təqdim olunsa da, həmin xanımın rəqs edən 22 yaşlı Mahindaşva Çanprakanın anası olduğu təsdiqlənib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:



