KİV: Təyyarəni qaçıran şəxs daha 5 nəfəri azad edib
Paylaş
51 baxış·1 dəq oxu
Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran İbrahim Samaha daha 5 nəfəri azad edib. "Report" AFP-yə istinadən xəbər verir ki, hazırda onlar təyyarəni tərk edir. Xatırladaq ki, daha əvvəl cinayətkar təyyarədəki bütün Misir vətəndaşlarını azad etmişdi. Göyərtədə isə 7 ekipaj üzvü və 4 əcnəbi vətəndaş qalmışdı.