KİV: A320 təyyarəsini qaçıran şəxs Türkiyəyə uçmaq istəyir
Paylaş
28 baxış·1 dəq oxu
Bakı. 29 mart. REPORT.AZ/ Kiprin Larnaka şəhərində yerə enən "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran şəxs təcili surətdə təyyarənin benzin çənlərinin doldurulmasını tələb edib. O, Türkiyəyə uçmağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı "EgyptAir" aviaşirkətindəki mənbəsinə istinadən məlumat verib. Ələ keçirilmiş Misir laynerinin göyərtəsində hələ də 8-9 nəfər qalır. Onlar ekipaj üzvləri və əcnəbi sərnişinlərdir.