Kipr XİN: "EgyptAir" təyyarəsini qaçıran şəxs həbs edilib
Paylaş
32 baxış·1 dəq oxu
Bakı. 29 mart. REPORT.AZ/ "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran və Kiprin Larnaka şəhərində təyyarəni yerə endirən şəxs həbs edilib. "Report" xəbər verir ki, bu barədə Kiprin Xarici İşlər Nazirliyindən məlumat verilib. "Hər şüy bitdi. Təyyarəni qaçıran həbs edilib", - XİN-dən bildiriblər.