A–
Sofiya, 30 mart, AZƏRTAC
Avropa Komissiyasının məruzəsinə əsasən, ötən il qitədə yol-nəqliyyat qəzaları nəticəsində ölən insanların sayı son 14 ildə ilk dəfə olaraq artıb.
Belə ki, 2015-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində 26 min nəfər həlak olub. Bu, 2014-ci illə müqayisədə 300 nəfər çoxdur. Eyni zamanda, qəzalar zamanı xəsarət alanların sayı 135 min nəfərdir. Bunların çoxu piyadalar, velosipedçilər və yaşlı adamlardır.
Bolqarıstanda və Rumıniyada 2015-ci ildə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin nisbəti əhalinin hər milyon nəfərinə 95 nəfər təşkil edir. Bu isə Avropa İttifaqında ən yüksək göstəricidir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
AZERTAG.AZ :Bolqarıstan və Rumıniya ölümlə nəticələnən yol-nəqliyyat qəzalarının sayına görə Avropa İttifaqında liderdir