Bakı. 30 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polis İdarəsinin (DYPİ) bölmə rəisi, polkovnik Vaqif Əsədov sosial şəbəkələrdə yayılan və baykerlə mübahisə etdiyi iddia olunan fotoya münasibət bildirib.
Bölmə rəisi "Report"a bildirib ki, mübahisə etməsi ilə bağlı yayılan söhbətlər yalandır: "Ola bilər ki, dostlarımız ya zarafat üçün, ya da şou yaratmaq məqsədi ilə bu fotonu paylaşıblar. Mənim mübahisə etməyə nə vaxtım var, nə də vəzifəm buna imakn vermir. Məgər, mənim qanun çərçivəsində işimi görmək bacarığım yoxdur ki, kiminləsə mübahisə edim? İndi mənim mübahisə edən yaşım deyil. Mən oarda motosikl idarə edənlərlə görüşmüşəm. Görüşümüz çox maraqlı olub. Onlara təlimat verdim və motosikl idarə etməyin qaydaları barədə qarşılıqlı söhbətlər etdik".