A–
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Varşava dairə məhkəməsi Polşa prezidentinin Tu-154M avialaynerinin Smolensk yaxınlığında faciə ilə başa çatan uçuşunun təşkili zamanı vəzifə borclarını yerinə yetirməməkdə ittiham olunan 5 polşalı məmurun məhkəmə prosesinə başlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müttəhimlər skamyasında baş nazirin dəftərxanasının keçmiş başçısı Tomaş Arabski, həmin dəftərxananın iki əməkdaşı və Moskvadakı Polşa səfirliyinin iki diplomatı oturub. Faciə qurbanlarının yaxınları, həmçinin prokurorluq ittiham tərəfdə çıxış edir.
Prosesin bir neçə ay dava edəcəyi gözlənilir. Aprelin 27-də və mayın 13-də məhkəmə ilk şahidləri dindirəcək.
Xatırladaq ki, 2010-cu il aprelin 10-da Smolensk yaxınlığında baş verən təyyarə qəzası 96 nəfərin, o cümlədən Polşa Prezidenti Lex Kaçinskinin həyatına son qoyub. Yüksək ranqlı məmurlardan və ictimai xadimlərdən ibarət rəsmi heyət xatirə tədbirində iştirak etmək üçün Xatına uçurdu. Lakin təyyarə hava limanına bir neçə metr qalmış qəzaya uğrayıb. Polşa hökumət komissiyası “yerlə vizual əlaqə yaratmağa imkan verməyən meteoroloji şəraitdə, həddən artıq yüksək sürət halında minimum hündürlükdən aşağı enmənin, həmçinin ikinci dövrəyə giriş prosesinin gec başlanmasının qəzaya səbəb olduğu” qənaətinə gəlib.
AZERTAG.AZ :Polşada Smolensk yaxınlığında baş verən təyyarə qəzası üzrə məhkəmə başlayıb