Azərbaycanın xarici işlər naziri Tbilisidə M.F.Axundzadə adına Mədəniyyət Muzeyində olub

Azərbaycanın xarici işlər naziri Tbilisidə M.F.Axundzadə adına Mədəniyyət Muzeyində olub
21:38 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Tbilisi, 19 fevral, AzərTAc
Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisidəki M.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.
Muzeyin direktoru Leyla Əliyeva qurumun fəaliyyəti barədə nazirə məlumat verib.
Bildirilib ki, dahi mütəfəkkir M.F.Axundzadənin inşa etdirdiyi və həyatının sonuna kimi yaşadığı bu ev 1982-ci ildən muzey kimi fəaliyyət göstərir. Böyük ədibin 200 illik yubileyi ərəfəsində muzey əsaslı təmir olunub. Muzeyin altı zalı var və bu zallardan biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Zallardan birində musiqi otağı fəaliyyət göstərir və burada Azərbaycan musiqi alətləri var. Digər zallarda M.F.Axundzadənin həyat və yaradıcılığını, iş və qonaq otaqlarını əks etdirən eksponatlar saxlanılır.
X X X

Sonra nazir Azərbaycanın Gürcüstandakı səfirliyinə gəlib. Burada o, səfirliyin əməkdaşları ilə görüşüb, onların iş şəraiti ilə maraqlanıb.
Qeyd edək ki, səfər çərçivəsində E.Məmmədyarov fevralın 20-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna gedəcək və burada Azərbaycan icmasının üzvləri ilə görüşəcək.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_xarici_isler_naziri_Tbiliside_MFAxundzade_adina_Medeniyyet_Muzeyinde_olub-833535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR