A+
A–

Bakı, 1 aprel, AZƏRTAC
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi ilə FIFA arasında razılı əldə edilib.
AZƏRTAC Rusiyanın TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, söhbət “DÇ-2018”də rusiyalı azarkeşlər üçün biletlərin güzəştli - daha ucuz qiymətə əldə edilməsindən gedir. Artıq beynəlxalq futbol qurumu məsələ ilə bağlı razılığını bildirib. Bu barədə məlumat verən “DÇ-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib: “Qiymət siyasətini biz yox, FIFA müəyyənləşdirir. Qiymətlərin necə olacağı barədə hələ məlumatsızıq. Bu, gələcəyin işidir. Amma FIFA ilə danışıqlar aparmışıq və razılıq əldə edilib. Biletlərin qiymətləri Rusiya vətəndaşları üçün ucuz olacaq”, - deyə komitə rəhbəri qeyd edib.
FIFA bir müddət əvvəl bildirmişdi ki, biletlərin satışında bütün dünya üçün standart qiymətlər tətbiq ediləcək.
AZERTAG.AZ :Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatında biletlər yerli idmansevərlər üçün ucuz olacaq