Azərbaycan bu siyahıda adambaşına 18 913 dollarlıq ÜDM ilə 64-cü yerdə qərarlaşıb. Ermənistan isə 7 748 dollarla 116-cı sıranı tutub. Rusiya reytinqdə 51-ci, Latviya 52-ci, Belarus 65-ci, Türkmənistan 77-ci, Ukrayna 109-cu, Özbəkistan 127-ci, Moldova 132-ci, Qırğızıstan 142-ci, Tacikistan isə 153-cü sırada yer alıb.
Post-sovet ölkələrindən ən zəngin ölkə kimi Litva 41-ci sirada, Estoniya 42-ci sırada qərarlaşıb. Bu ölkələrdə adambaşına ÜDM məbləği müvafiq olaraq 28 245 dollar və 27 729 dollar təşkil edib. Onları 50-cı sırada Qazaxıstan (25 367 dollar) izləyir.
Top-25-ə həmçinin Bruney, Küveyt, Norveç, BƏƏ, Honq-Konq, ABŞ, İsveçrə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Niderland, İrlandiya, Avstraliya, Avstriya, İsveç, Almaniya, Tayvan, Kanada, Danimarka, Oman, İslandiya, Belçika və Fransa daxildir.