A–
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Qarabağ bölgəsinin rayon və kənd uşaq musiqi məktəblərinin müəllimləri üçün ustad dərsləri keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, dərsləri fortepiano ixtisası üzrə R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin müəllimi Tamilla Məmmədova, tar ixtisası üzrə isə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Zamin Rzayev aparıb.
Ustad dərslərində Xocalı, Xocavənd, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər rayonlarının uşaq musiqi və incəsənət məktəbləri iştirak edib.
Qeyd edək ki, ustad dərslərində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin əməkdaşları da iştirak edib.
AZERTAG.AZ :Qarabağ bölgəsinin rayon və kənd uşaq musiqi məktəblərinin müəllimləri üçün ustad dərsləri keçirilib

