Himalay dağlarında, uzaq Nepalda yaşayan köçərit tayfanıi "meşə karlları" adlandırırlar.
Milli.Az Barcroft-a istinadən bildirir ki, Almaniyada yaşayan əslən nepallı fotoqraf Ram Paudel Nepalın Daylex və Aççam bölgələrinin arasındakı dağlıqda erləşən bu tayfanın həyatından bəşs edən fotoseriya hazırlayıb.
Fotoqrafın dediyinə görə, "raut" adlanan bu tayfanın mənsubları meyvə və meşə tərəvəzləri, habelə meymun əti ilə qidalanır, meşədə topladıqları meyvələri və ovladıqları heyvanları sataraq ərzaq alırlar.
"Onlar hər iki ayda bir dəfə məkanlarını dəyişir, köçəri həyat sürürlər. Kəndlərdən uzaqlarda, çay sahillərində və ya meşəlikdə yaşayırlar. Rautların sayı 150 nəfərdir. Dediklərinə görə, yaşamları "Kraca yasaqları" ilə tənzimlənir", - Ram Paudel deyib.
Milli.Az









