ABŞ Moldovanı Aİ ilə assosiasiya haqqında sazişi icra etməyə çağırıb

08:47 20 Fevral 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 08:33 ]

Bakı-APA. ABŞ Moldovada Kiril Qaburiçin rəhbərliyi altında yeni hökumətin yaradılmasını alqışlayır və Kişinyovu Avropa İttifaqı ilə bağlanmış assosiasiya haqqında sazişin müddəalarını tətbiq etməyə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

 

“Biz baş nazir Qaburiç ilə işləməyə hazırıq və Aİ ilə assosiasiya  sazişinin icrası da daxil olmaqla Moldova xalqı üçün mühüm islahatların tezliklə həyata keçirilməsinə çox şad olardıq”,  deyə Psaki vurğulayıb.

 

Onun sözlərinə görə, ABŞ ölkənin Avropa inteqrasiyası yolunda Moldova hökumətini dəstəkləməyə hazırdır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR