Azərbaycanda bir qrup gözdən əlil şəxs peşə reabilitasiyasına cəlb edilib

11:12 20 Fevral 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 11:08 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlil şəxslərin  əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına cəlb olunmasına xüsusi diqqət yetirir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, ƏƏSMN tərəfindən daha 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb olunub və artıq növbəti həftənin əvvəlindən kurslara başlanacaq. Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər gözdən əlil şəxs isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər. Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq. 

 

Xatırladaq ki, ötən il ƏƏSMN-nin xətti ilə ümumilikdə 3800 nəfərədək vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub. Həmin insanlardan 381 nəfərini əlilliyi olan şəxslər təşkil edib ki, onların 60 nəfəri gözdən əlil şəxslərdir. Əlilliyi olan şəxslərin 272 nəfəri

ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təliminə cəlb edilib.

 

Peşə hazırlığına cəlb olunan və təlimi uğurla başa vuran  əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də  məqsədyönlü işlər görülür. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR