Rusiya Donbasa yenə konvoy göndərdi

Rusiya Donbasa yenə konvoy göndərdi
12:01 20 Fevral 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyadan Ukraynanın Donbas bölgəsinə növbəti humanitar yardım konvoyu göndərilib.

ANS PRESS BBC Russian-a istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin göndərdiyi yardım karvanında 30-dan çox avtomobil var və onların 200 tondan çox yük daşıdığı bildirilir.

FHN rəsmilərinin məlumatına görə, yükün əsas hissəsini ərzaq məhsulları təşkil edir.

Rusiya-Ukrayna sərhədinə çatdıqda yardım karvanı iki yerə ayrılacaq. Avtomobillərdən 15-i Donetsk vilayətinə, 15-i isə Luqansk vilayətinə yollanacaq.
Mənbə
BBC Russian



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR