Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO

Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
12:17 20 Fevral 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:13 ]


Bakı - APA. Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Biləsuvar şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə H.Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və 40-dan çox vətəndaşın şikayət, təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

 

Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR