Dağlıq Qarabağda baş verənlərə görə Rusiyanın bizi günahlandırması əsassız və qeyri-ciddidir.
Milli.Az bildirir ki, bu sözləri APA-nın sualına cavabında Türkiyə baş nazirinin müavini Toğrul Türkeş deyib. "Rusiyada bəzi dairələr Türkiyənin Azərbaycanı müharibəyə təhrik etdiyini bildirir. Bu barədə nə demək istərdiniz?" - sualına T.Türkeş belə cavab verib:
"Təyyarə hadisəsindən sonra bilirsiniz ki, Rusiya ilə Türkiyə arasında gərgin hava var. Ona görə, bölgədə nə baş versə, Türkiyə ilə əlaqələndirirlər. Bunun heç bir əsası və ciddiyyəti yoxdur".
Milli.Az