37 yaşlı mütəxəssis yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı qarşıdakı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.
Qeyd edək ki, Dmitri Sablin 7 fevral 1979-cu ildə Ukraynanın Kremençuk şəhərində anadan olub. O, kanoeçi kimi 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində Ukrayna yığmasını təmsil edib. Karyerası ərzində 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında iştirak etmiş D.Sablin 2001-ci ildə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə dünya və Avropa çempionu olub. Onun aktivində dünya (2003) və Avropa çempionatlarının (1999, 2000, 2006) bürünc medalı da var.