Həmidə Ömərova Elnurdan danışdı

Həmidə Ömərova Elnurdan danışdı
13:05 20 Fevral 2015
320 Şou
Ölkə mətbuatı
A- A+

Artıq bir neçə gündür ki, Elnur Hüseynovun "O səs Türkiyə" yarışmasında qalib olması ölkə mətbuatında gündəmi zəbt edib. Müğənnilər, millət vəkilləri, idmançılar Elnuru dəstəkləyərək, Azərbaycan xalqını təbrik edirlər. Bu dəfə isə Elnur haqqında xalq artisti Həmidə Ömərova danışıb:

"Elnur "O səs Türkiyə" yarışmasına yeni qatılandan bu günədək hər addımı izlənilirdi. Çünki seçdiyi repertuar, musiqi tərzi onun yüksək bilik və savadından xəbər verirdi. Onun güclü səs diapazonu bir neçə oktavada oxumasına imkan yaradır. Elnurun bu yarışmada qalib olması bizi hədsiz sevindirdi. Çox sevinirəm, fərəh hissi keçirirəm. Türk xalqı sağ olsun, obyektiv qiymət verdilər. Bu, Azərbaycan xalqının qələbəsidir".

Əli Rəhimoğlu
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR