Qeyd edək ki, Zaha Hadid İraq əsilli britaniyalı dizaynerdir. O, memarlıq sahəsində ən nüfuzlu mükafat olan Pritsker mükafatını alan (2004-cü ildə) ilk qadın kimi tarixə düşüb.
O, Romadakı XXI əsr Milli İncəsənət Muzeyi, Londondakı "Serpentine Sackler Gallery" və Olimpiada-2012 üçün tikilmiş Su İdman Növləri Mərkəzi, Quançjoudakı Opera Evi, Sinsinnatidəki Rozental Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzinin layihələrinin müəllifi, dizayneridir.
Z.Hadid 31 mart 2016-cı ildə Mayamidə xəstəxanalardan birində bronxit xəstəliyindən müalicə alan zamanı ürək tutmasından vəfat edib.
