Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşları qəbul edib
13:58 20 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 20 fevral, Mahir Babayev, AzərTAc
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov fevralın 20-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan bir qrup vətəndaşı qəbul edib.
Qəbula gəlmiş vətəndaşların müraciətləri əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumların rəhbərlərinin iştirak etdiyi görüşdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekologiya_ve_tebii_servetler_naziri_Bilesuvarda_vetendaslari_qebul_edib-833623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR