Gəncin başını kəsib yandıran qatil tutuldu

Gəncin başını kəsib yandıran qatil tutuldu
12:41 2 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda törədilmiş qətl hadisəsinin üstü açılıb. ANS PRESS-in məlumatına görə, qatilin həbs olunması ilə bağlı xəbəri Zərdab Rayon Polis Şöbəsindən APA-ya verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunu qətlə yetirən həmyerlisi, 1989-cu il təvəllüdlü Vüsal Ələsgər oğlu Mehrəliyev tutulub. V.Mehrəliyev ilkin ifadəsində hadisəni aralarında yaranan münaqişə zəminində törətdiyini deyib.

Polisdən həmçinin bildirilib ki, V.Mehrəliyev R.Zeynalovu qətlə yetirdikdən sonra onun üz nahiyəsinə benzin tökərək yandırıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda dekabrın 30-da səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR