2017-ci ildə keçiriləcək futbol üzrə Afrika Millətlərarası Kubokunun təsnifat mərhələsində oynanmış Uqanda-Burkino Faso matçı qalmaqala səbəb olub.
Milli.Az ABC-yə istinadən bildirir ki, Uqandanın paytaxtı kampaladakı Mandela stadionundakı oyuna yollanmış azarkeşləri polis çox ciddi şəkildə yoxlayırdı. Bu zaman qadın azarkeşlərə qarşı kişi polisləri "yoxlama" adı ilə tərbiyəsizliklər ediblər.
Kampala polis idarəsinin sözçüsu Polli Namayenin dediyinə görə, olay araşdırılır.
"Fotollardan da görünür ki, qadınları yoxlayan polislər saçları qısa kəsilmiş qadın polislər olublar", - onun bu açıqlaması uqandalıları hiddətləndirib.
Milli.Az





