Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Uilyam və onun xanımı, Kembric hersoginyası Keyt Middltonun Hindistana səfəri davam edir. Dünən onlar kraliçanın 90 illiyini qeyd ediblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ad günü mərasimi Britaniya Ali Komissarının Dehlidə 1946-cı ildə inşa olunmuş iqamətghında keçirilib.
Daha sonra şahzadə və xanımı Dehlidəki Hindistanın Milli Mübarizə Memorialına yollanıblar. Memorialda savaşlarda həlak olmuş Hindistan vətəndaşlarının abidəsinin önünə çiçəkləri qoyanda külək K.Midlltonun donunun ətəyini qaldırıb.
Günorta saatlarında isə onlar Mahatma Qandi Muzeyinə baş çəkiblər. Muzeyin qaydalarına görə, anım məkanına ayaqyalın girilməlidir. Bu səbəbdən də şahzadə Uilyam və hersoginya Keyt ayaqqabılarını çıxararaq muzeyə daxil olublar.
Milli.Az





































































