Onun sözlərinə görə, bu məqsədlə müvafiq layihə hazırlanıb: "Layihənin hazırlanması işinə böyük əksəriyyəti fransalı mütəxəssislərdən ibarət qrup cəlb olunub".
Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin hazırlanması istiqamətində işlər sürətlə davam edir: "Kinostudiyanın da dünya standartlarına uyğunlaşdırlacağı gün uzaqda deyil".