İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib

İqtisadiyyat və sənaye naziri Şabranda vətəndaşları qəbul edib
17:23 20 Fevral 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Şabran, 20 fevral, Elxan Yusifli, AzərTAc
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AzərTAc xəbər verir ki, fevralın 20-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Şabran, Siyəzən və Xızı rayonlarından olan 80-dən çox vətəndaşı qəbul edib.
Vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının yaradılması, kənd yollarının çəkilməsi, kəndlərin qazlaşdırılması, məktəb, tibb məntəqəsi və musiqi məktəbinin tikilməsi, məktəb və xəstəxanaların təmiri, kiçik xidmət sahələrinin yaradılması, kənd təsərrüfatı texnikasının alınması və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların müraciətlərini diqqətlə dinləyən Ş.Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, digərlərinin nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün müvafiq tədbirlər görüləcək. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla, müvafiq strukturlara çatdırılacağı bildirilib.
Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilərək, heyvandarlıq, iri fermer və istixana təsərrüfatlarının yaradılması, meyvəçilik, arıçılıq, balıqçılıq, mebel, tikinti materialları, keramik suvenir, boya istehsalı və digər sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılaraq, onların operativ həlli üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbulda iştirak edənlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Ümumilikdə, iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev tərəfindən indiyədək bölgələrdə 28 qəbul keçirilib ki, bu qəbullarda da 1600-dən çox vətəndaşın müraciətinə baxılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadiyyat_ve_senaye_naziri_Sabranda_vetendaslari_qebul_edib-833708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR