A+
A–

Bakı, 13 aprel, AZƏRTAC
Mayın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” adlı tamaşanın premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verib. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.
Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibətindən və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.
Yeni səhnə əsərində əsas rolları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev oynayacaqlar.
AZERTAG.AZ :Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” adlı tamaşanın premyerası olacaq
Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” adlı tamaşanın premyerası olacaq
Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” adlı tamaşanın premyerası olacaq