Xalq artisti Aygün Kazımova Türkiyədə türk həmkarlarında özünə qarşı maraq yaratmağı bacarıb.
Metbuat.az-in məlumatına görə, azərbaycanlı ifaçının mahnılarını türk sənətçiləri öz repertuarlarına daxil edirlər.
Bu yaxınlarda Zeliha Sunal adlı ifaçının Kazımovanın repertuarından “Nankor” mahnısını ifa etməsi barədə xəbər vermişdik. Türkiyənin məhşhur müğənnilərdən biri olan Zeliha Sunal Aygün Kazımovanın “Nigaranam” mahnısını sosial şəbəkədə paylaşaraq təəssüratlarını bölüşüb:
“Aygün Kazımova həm dünya gözəli, həm də bülbül səsli şahanə qadındır".
"Nankor”un sözləri Cəlal Qurbanova, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Mahnının türk versiyasının sözlərinə Ayşə Birgül Yılmaz düzəliş edib.
Qeyd edək ki, Türkiyədə A.Kazımovanın mahnılarını indiyədək Tarkan, Ajda Pekkan, Müslüm Gürses, Damla və digər müğənnilər oxuyublar.
