A–
Buxarest, 16 aprel, AZƏRTAC
İyunun 1-dən etibarən İsveçrə rumın və bolqarlar üçün əmək bazarında bütün məhdudiyyətləri götürmək niyyətindədir. Məhdudiyyətlər yalnız bu ölkələrdən gələn emiqrantların sayının çoxaldığı halda yenidən qüvvəyə minə bilər.
Qeyd edək ki, 2014-ci ildə Avropa İttifaqı ölkələrinin rumın və bolqarlara əmək bazarını açdıqdan sonra İsveçrə əmək bazarında rumın və bolqar vətəndaşlarına məhdudiyyəti 2016-cı ilin mayına kimi uzatmağa qərarı aldı.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
AZERTAG.AZ :İsveçrə rumınlar və bolqarlar üçün əmək bazarında bütün məhdudiyyətləri aradan götürəcək