Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi müzakirə olunub

Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi müzakirə olunub
23:52 20 Fevral 2015
59 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 23:48 ]


Bakı – APA. BMT-nin Baş katibi Pan Qi Mun və Ukraynanın xarici işlər naziri Pavel Klimkin Ukraynanın cənub-şərqinə sülhməramlı qüvvələrin göndərilməsi mümkünlüyünü müzakirə ediblər.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

 

“Ukraynanın şərqinə sülhməramlıların yeridilməsi məsələsinə toxunan Baş katib qeyd edib ki, BMT bununla bağlı Təhlükəsizlik Şurasının hər hansı qəbul etdiyi qərarı rəhbər tutacaq. Eyni zamanda, Pan Qi Mun Donbasdakı vəziyyətdən narahatlığını ifadə edib və Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid etdiyini vurğulayıb”, deyə Düjarrik bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR